2021-ci ilin yanvar-sentyabr aylarında ölkədə 62 milyuard 877.4 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da illik müqayisədə 4.8 faiz artım dinamikasıdır.
Azərbaycannın İqtisadiyyat Nazirliyi ötən ildə neftin qiymətlərinin dəyişməsinə uyğun olaraq ölkə iqtisadiyyatının artım proqnozlarını formalaşdırıblar. Ölçü kimi götürülən Brent neftin qiyməti 35 USD/bll olarsa iqtisadiyyatın 2021-ci ildə 3%, 40 USD/bll olarsa 3.4% və 45 USD/bll olarsa 3.8% artım olacağını proqnoz edirlər.
Artıq yanvar ayından etibarən xarici birjalarda Brent neftinin qiyməti 50, fevraldan sonra 60 və İyundan etibarən isə 70 dolları ötmüş, sentyabrda isə 80 dolları ötməklə yeddi ilin maksimumunu yeniləmişdir.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1.4 faiz, qeyri neft-qaz sektorunda isə 6.2 faiz artmışdır.
DSK bildirir ki, ÜDM istehsalının 40.1 faizi sənaye, 10.3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7.1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6.9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5.2 faizi tikinti, 1.8 faizi informasiya və rabitə, 1.1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18.4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9.1 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 6 279.manata bərabər olmuşdur.