11 C
Baku
Tuesday, November 26, 2024

Dövlətin 7 illik istiqrazları hərracda satıldı

19 oktyabr 2021-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0110003925 ISIN kodlu, tədavül müddəti 2 548 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

AZ0110003925 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 33,2 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 9,6 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 101,2633 (gəlirlilik 7,2665%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 10 oktyabr 2028-ci ildir.

 

Son xəbərlər
Digər xəbərlər