Azərbaycanda sentyabrda kərə yağının qiyməti bir çox marketlərdə 10%-dək bahalaşsa da, Dövlət Statistika Komitəsinə görə, 0.5%-ə qədər bahalaşdığı bildirilir.
Banker.az bildirir ki, DSK-nin açıqlamasına görə, xaricdən idxal edilən kərə yağlarının qiyməti ilin əvvəli hər kiloqramı üçün 16.58 manat, avqusta 16.71 manat və sentyabrda 16.78 manata yüksəlib. Yəni ilin əvvəlindən 1.2%, son ayda isə cəmi 0.4% bahalaşıb.
Lakin daxili bazarda sentyabr kərə yağlarının son illərdə ən kəskin bahalaşma müşahidə edildiyi ay oldu. Məsələn, sentyabrın son dekadasında məlum oldu ki, kiloqramla satılan Yeni Zelandiyadan idxal edilən kərə yağlarının qiymətləri 10% bahalaşıb. Məsələn, “West Gold” və “Anchor” kərə yağı markaları sentyabrın əvvəli 16.20 manat/kq olduğu halda sentyabrın sonuna 17.7 manat/kq səviyyəsinə və ondan yuxarı yüksəldi. Yerli kərə yağı olan “Səba” markası da onlarla paralel artımla 16.95 manat/kq səviyyəsinə qədər bahalaşdı.
Süfrə marqarini isə ilin əvvəlindən daha çox bahalaşıb. Məsələn, yerli istehsal marqarinin qiyməti ilin əvvəli 3.88 manat/kq, avqusta 4.33 manat/kq və sentyabrda 4.35 manat/kq səviyyəsinə qədər ucuzlaşıb.