15 C
Baku
Tuesday, April 30, 2024

Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası 1 milyon manata təmir ediləcək

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti “Cronos” Mənzil-Tikinti Kooperativi ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin görülməsinin satınalınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 788 771 manatdır.

Qeyd edək ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanması üçün “Arch Style” MMC-yə 209 min 922 manat ödəmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər