1 C
Baku
Saturday, December 14, 2024

Microsoft-un müsahibədə verdiyi suallar

Dünyaca məşhur Microosft şirkətinin müsahibə zamanı potensial əməkdaş namizədlərinə verdiyi bəzi məntiqi tapşırıqlar ilə tanış olaq. Cavabı oxumamışdan öncə özünüz də həll etməyə cəhd edin.

Sual 1.

Sizin sonsuz həcmdə su ehtiyatınız və biri 5, digəri isə 3 litr tutan iki vedrəniz var.

4 litri necə ölçərsiniz?

Cavab: 5 litrlik vedrəni su ilə doldurun və suyun bir hissəsini 3 litrlik vedrəyə boşaldın. Sizin hazırda kiçik vedrədə 3 litriniz, böyük vedrədə isə 2 litr suyunuz var. Kiçik vedrəni boşaldın və böyük vedrədə olan 2 litri ora tökün. Böyük vedrəni yenidən su ilə doldurun və ondan kiçik vedrəyə bir qədər boşaldın. Kiçik vedrədə artıq 2 litr su olduğundan ona yalnız 1 litr tələb olunacaq, böyükdə isə 4 litr qalacaq.

Sual 2.

İki kəndiriniz var. Onlardan hər birini bir ucundan yandırsanız dəqiq olaraq 60 dəqiqə ərzində yanmağa davam edəcək.

Yalnız 1 qutu kibritə sahib olmaqla, bu iki kəndirlər 45 dəqiqəni necə ölçə bilərsiniz? (Kəndiri kəsmək olmaz)

Cavab: Bu zaman birinci kəndir hər iki ucundan yandırılır. Onunla eyni zamanda digər kəndirin isə bir ucu yandırılır. Birinci kəndir tam yanıb qurtardıqda 30 dəqiqə keçmiş olacaq. Bu zaman ikinci kəndirin də yanmamış 30 dəqiqəsi qalacaq. Bu halda onu da hər iki tərəfdən yandırsaq 15 dəqiqə almış olacağıq.

Son xəbərlər
Digər xəbərlər