ABŞ Dövlət Departamenti yeni kibertəhlükəsizlik idarəsi yaratmaq barədə qərar qəbul edib.
Bu barədə Dövlət katibi Entoni Blinken məlumat verib. Məqsəd amerikalı diplomatların informasiya təhlükəsizliyini təmin etməkdir. Yeni idarə 3 istiqamətdə – beynəlxalq kibertəhlükəsizlik, beynəlxalq rəqəmsal siyasət və rəqəmsal azadlıq sahələrində fəaliyyət göstərəcək. İdarənin rəhbərlərini ABŞ Senatı səfirlərin arasından seçəcək.
Entoni Blinken məsələnin təfərrüatlarını yaxın günlərdə elan edəcək.