22 Oktyabr 2021-ci il Cümə günü tarixində AMFA-nın 13-cü İllik Təltif Şam Ziyafəti keçirilmişdir. Tədbirdə Mərkəzi Bank, Kənd Təsərrüfatı nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası, bank və bank olmayan kredit təşkilatları və mikromaliyyə sektorunda xidmət göstərən müxtəlif yerli və beynəlxalq təşkilatların nümayəndələri olmaqla cəmi 55 nümayəndə iştirak edib.
Tədbirin əsas məqsədi maliyyə qurumları və partnyor təşkilatları arasında əlaqələri möhkəmləndirmək, sektorda qabaqcıl təşkilatların təcrübələrini bölüşmək və 3 kateqoriya üzrə ən qabaqcıl təşkilatları mükafatlandırmaqdan ibarət idi.
Mükafatla təltif olunmuş təşkilatlar aşağıdakılardır:
1. İlin filialsız təcrübəyə malik qabaqcıl təşkilatı – 𝗙𝗜̇𝗡𝗖𝗔 𝗔𝘇ə𝗿𝗯𝗮𝘆𝗰𝗮𝗻
2. İlin rəqəmsal alətinin ən yaxşı tətbiq edən qabaqcıl təşkilatı – 𝗣𝗔𝗦̧𝗔 𝗕𝗮𝗻𝗸
3. İlin müştəri mühafizəsi təcrübəsinə malik qabaqcıl təşkilatı – 𝗩𝗶𝗮𝘁𝗼𝗿 𝗠𝗶𝗸𝗿𝗼𝗞𝗿𝗲𝗱𝗶𝘁