“Gənclər və İdman Nazirliyi layihələrin maliyyələşdirilməsində bütün normalara riayət edir”.
Bunu açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.
Onun sözlərinə görə, nazirliyin layihələrə nəzarət mexanizmləri mövcuddur: “Biz istədiyimizi edə bilmərik. Xərclənən hər bir manat nəzarət altındadır”.
Nazir gənclərə dəstəklə bağlı müəyyən layihələrin olduğunu da vurğulayıb.