18 C
Baku
Tuesday, April 30, 2024

“Tesla Azerbaijan” adlı şirkət yaradıldı

Azərbaycanda yeni “Tesla Azerbaijan” adında şirkət təsis edilib.

Banker.az xəbər verir ki, bu “Tesla Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirkət Bakı şəhəri Nərimanov rayonu, Tələt Şıxəliyev, ev 20, m. 187 ünvanında dövlət qeydiyyatına alınıb və 100 manat nizamnamə kapitalına malikdir.

Şirkətin qanuni təmsilçisi Mir Mövsüm Dadaşev Anar oğludur. Mir Mövsüm 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş  və barəsində müsbət cavab verilmiş 167 şəxsdən biridir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər