“Apple” çip qıtlığına görə 2021-ci ilin sentyabr-oktyabr aylarına iPad istehsalını 50%-ə qədər azaltdığını açıqlayıb. Banker.az xəbər verir ki, şirkətin hesabına görə, iPhone 13-ə tələbat daha yüksək olacaq, nəinki iPad-a. Qeyd edək ki, adətən satışların pik nöqtəsi təqdimatdan ilk aylarında olur. “Apple”ın gəlirinin 66%-i Amerikanın payına düşür.
2020-ci ildə “Apple” tələbi ödəmək üçün iPad və iPhone istehsalını yenidən qurub. Verilən məlumata görə, Şimali və Cənubi Amerikada iPad sifariş etdikdə dekabrın 15-dək gözləmək tələb olunur. Çindən çatdırılma orta hesabla altı həftə çəkir.
“Apple” oktyabr-dekabr aylarında komponent çatışmazlığı səbəbindən iPad satışlarının aşağı düşdüyünü açıqlayıb. Şirkət çip qıtlığı səbəbindən təxminən 6 milyard ABŞ dolları itirib.