2021-ci ilin sonuna Azərbaycanda olan plastik kartlarının sayı 10,4 milyon ədədə çatacağı gözlənilir.
Bu barədə “Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.
“Bu 2017-ci illə müqayisədə 79 % artım deməkdir. Belə ki, 2017-ci ildə bu rəqəm 5,8 milyon olub”, – E.Çakar bildirib.
Onun sözlərinə görə, Azərbaycan innovativ təşəbbüslərə daha asan uyğunlaşır:
“Azərbaycanda bir çox innovativ layihələrimiz olacaq. Həmçinin bu vaxta qədər “Bravo” marketlə etdiyimiz kampaniyanı davam etdirəcəyik”.
“MasterCard” rəsmisi Şamaxıda nəqliyyat sistemində kartla ödəmədə böyük uğur əldə edildiyini illik tranzaksiyaların 2 milyona çatdığını qeyd edib.