Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondu ekonom sinifə aid nəqliyyat vasitələrinin satın alınması üçün elan etdiyi tenderin nəticəsi açıqlanıb.
Banker.az xəbər verir ki, tenderin qalibi “Nurgün Motors” MMC-dir.
Qalib şirkətə 39 800 manat ödəniləcək.
Qeyd edək ki, “Nurgün Motors” Nissan avtomobillərinin Azərbaycanda rəsmi nümayəndəsidir.