14 C
Baku
Sunday, September 29, 2024

Bayden yanacağın bahalaşmasında Rusiya və OPEC-i günahlandırıb

Co Bayden ABŞ-da yanacağın qiymətinin qalxmasının neft hasil edən ölkələrin hasilat səviyyəsini artırmaq istəməməsi ilə bağlı olduğunu bildirib.

Banker.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya və OPEC ölkələrinin də bu işdə əli olub.

“Əgər yanacağın və neftin qiymətlərinə baxsanız, görəcəksiniz ki, bunlar Rusiya və OPEC ölkələrinin neft hasilatını artırmaqdan imtina etməsinin nəticəsidir. Bu cəbhədə nələrin dəyişəcəyini tezliklə görəcəyik”, – deyə Bayden mətbuat konfransında söyləyib.

Cənab Bayden Rusiya və OPEC-ın hərəkətlərini ABŞ-da inflyasiyanın səbəblərindən biri adlandırıb. Prezident həmçinin qlobal təchizat zənciri problemlərinə və qida istehsalçılarının potensial antiinhisar pozuntularına vurğu edib. Bununla yanaşı, o, 2021-ci ildə vəziyyətin 2020-ci illə müqayisədə daha yaxşı olduğunu qeyd edib.

Xatırladaq ki, daha əvvəl cənab Bayden G20 sammitindən sonra OPEC+ ölkələrinin hasilatı artırmayacağı ssenarini yanlış adlandırıb. “Bloomberg”in məlumatına görə, ABŞ, Hindistan, Yaponiya və digər neft istehlakçıları OPEC+-ı neft hasilatının artımını sürətləndirməyə inandırmaq üçün bağlı qapılar arxasında fəal şəkildə kampaniya aparır.

Son xəbərlər
Digər xəbərlər