13 C
Baku
Friday, November 22, 2024

Dövlət Vergi Xidməti 13 400 obyektdə yoxlama apardı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərində sanitar-gigiyena və karantin rejiminin tələblərinə əməl olunması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Bu günədək 13.400 ticarət obyektində monitorinqlər aparılıb və 1.758 halda pozuntulara yol verildiyi aşkar edilib.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, monitorinqlər zamanı 455 nəfərin obyektlərə qoruyucu maskasız daxil olduğu, 1.303 halda isə ticarət obyektlərinin işçilərinin maskadan istifadə etmədiyi müəyyənləşdirilib. Mövcud tələblərə əməl edilməməsi halları inzibati xəta kimi qiymətləndirilərək, İnzibati Xətalar Məcəlləsinə əsasən, qaydaları pozan sahibkarlıq subyektlərinə cərimələr tətbiq olunub.

Dövlət Vergi Xidməti bir daha sahibkarların nəzərinə çatdırır ki, karantin qaydalarına tam əməl edilməli, işçilər qoruyucu maska ilə təmin olunmalı, vətəndaşların ticarət obyektlərinə maskasız daxil olmasına yol verilməməli, maskası olmayan şəxslərə girişdə maska təqdim edilməlidir. Sahibkarlıq subyektləri həmçinin təsərrüfat obyektlərinin ərazisindəki müştərilər arasında sosial məsafənin qorunmasına, o cümlədən kassaların qarşısındakı insanlar arasında 1,5-2 metrlik ara məsafəsinə əməl olunmasına ciddi nəzarət etməlidirlər. Ticarət obyektlərində monitorinqlər mütəmadi qaydada davam etdiriləcək.

Son xəbərlər
Digər xəbərlər