ABŞ administrasiyası Ukraynaya öldürücü silahlar da daxil olmaqla davamlı hərbi yardımı təmin etmək üçün Konqreslə işləyəcək.
Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə görüşü zamanı deyib.
“Təhlükəsizliyə yardım məsələsində biz Ukraynanın ehtiyac duyduğu sistemlərin, o cümlədən öldürücü müdafiə silahlarının davamlı təchizatını təmin etmək üçün Konqreslə işləyəcəyik”,-deyə, Blinken bildirib.
D. Kuleba isə öz növbəsində bildirib ki, Amerikanın istənilən köməyi Ukraynaya faydalı olacaq.