İlon Mask “Tesla” səhmlərinin 10%-ni satmaq qərarını “Twitter” izləyicilərinə həvalə edib. Nəticədə, demək olar ki, 60% bunun lehinə səs verib.
Banker.az xəbər verir ki, noyabrın 11-də qiymətli kağızlar 4%, Maskın sərvəti isə 10.6 milyard dollar artıb.
Milyarder payının bir hissəsini vergi öhdəliklərini yerinə yetirmək üçün satdığını açıqlayıb. Bununla belə, o, hələ də 170 milyondan çox “Tesla” səhminə sahibdir ki, bu da təxminən 17% təşkil edir.
Qeyd edək ki, bu, milyarderin 2016-cı ildən bəri ilk satışıdır. Həmin ildə o, 593 milyon dollar gəlir vergisini ödəmək üçün səhm opsionlarından istifadə edib. Noyabrın 10-da “Tesla” səhmləri 12% ucuzlaşandan sonra 1067.95 dollara yüksəlib.