Amerikanın “Microsoft” korporasiyası ucuz noutbuklar üçün “Windows 11 SE” əməliyyat sistemini təqdim edib. Banker.az xəbər verir ki, bu, “Windows 11″in sadələşdirilmiş versiyasıdır.
“Windows 10S”dən fərqli olaraq, yeni əməliyyat sistemi üçüncü tərəf proqramlarının quraşdırılmasına icazə verəcək.
Eyni zamanda “Windows 11 SE”də heç bir vidjet olmayacaq, “Teams” və “Office” əvvəlcədən quraşdırılmayacaq. Bütün proqramlar standart olaraq tam ölçülü ekran rejimində işləyəcək. “Microsoft” “Windows 11 SE”nin “Google” və onun “Crhome OS” ilə rəqabət aparacağını gözləyir.