3 C
Baku
Saturday, December 14, 2024

Şərqi Zəngəzur və Qarabağda heyvan xəstəliklərindən azad zona yaradılacaq

“2001-ci ildə ölkəmizdə baş vermiş dabaq xəstəliyinə görə, ölkəmiz hələlik diri heyvan və heyvan mənşəli məhsulların ixracatı ilə bağlı məhdudiyyətlə üzləşir”.

Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatının (FAO) Texniki Əməkdaşlıq Proqramı çərçivəsində FAO Baş Qərargahının ekspertlərinin iştirakı ilə keçirilən mətbuat konfransında Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.

Onun sözlərinə görə, ölkəmiz Ümumdünya Heyvan Sağlamlığı təşkilatı tərəfindən azad statusu almadığına görə, məhdudiyyətlər qalmaqdadır: “Ərazilərimiz işğaldan azad olunandan və sərhədlərimiz bərpa edildikdən sonra artıq heyvan xəstəliklərindən, xüsusilə də dabaq xəstəliyinə görə, xəstəlikdən azad zona ilə bağlı təşəbbüs irəli sürülüb. Hazırda bu istiqamətdə hazırlıq işləri gedir. Nəzərdə tutulub ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının bir hissəsi dabaq xəstəliyindən azad, yəni ilkin mərhələdə vaksinasiya etməklə, daha sonra isə vaksin etməməklə dabaq xəstəliyindən azad zonanın yaradılması ilə bağlı təşəbbüslə çıxış edək. Təbii ki, bu da Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən qəbul olunmalıdır. Bu region kənd təsərrüfatı, xüsusilə də heyvan istehsalı üçün böyük potensiala malikdir. Ümidvarıq ki, dabaq xəstəliyindən də azad statusu aldıqdan iki halda – xırdabuynuzlu heyvanların taun xəstəliyinə görə bütövlükdə ölkənin, dabaq xəstəliyinə görə isə qeyd etdiyim regionun azad statusu almasından sonra ölkəmizdə həm ixracat, həm də tranzit daşınmada böyük imkanlar və potensial yaranacaq. Azərbaycan çox böyük tranzit imkanına malikdir. Bəzi hallarda heyvan xəstəliklərindən azad statusunun olmaması tranzit imkanlarımı məhdudlaşdırır. Bu nöqteyi-nəzərdən xəstəlikdən azad statusu ölkəmiz üçün böyük potensial yaradacaq”.

Son xəbərlər
Digər xəbərlər