14 C
Baku
Monday, May 6, 2024

Hakerlər ABŞ Federal Təhqiqatlar Bürosunun email-nı sındırıblar

Hakerlər ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) xarici e-poçt sistemini sındırıblar.

Bu barədə “Bloomberg” məlumat yayıb.

“İndiki vəziyyət belədir və hazırda heç bir əlavə məlumat verə bilmərik”, – Federal Təhqiqatlar Bürosunun yaydığı bəyanatda deyilir.

Agentlik qeyd edir ki, spam və əlaqəli kibertəhlükələrin izlənməsi layihəsi olan “Spamhaus” hakerlərin büronun elektron poçtu vasitəsilə on minlərlə kiberhücum xəbərdarlığı barədə məktub göndərdiyini bildirib.

İlkin məlumatlara görə, söhbət məxfi olmayan məlumatların mübadiləsi və ötürülməsi üçün istifadə edilən xarici hesabdan gedir.

Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər