14 C
Baku
Saturday, November 23, 2024

“Roblox” dünyanın ən bahalı oyun şirkəti olub

Eyni adlı oyun layihəsini yaradan “Roblox” dünyanın ən bahalı oyun şirkətinə çevrilib.

Banker.az xəbər verir ki, onun kapitallaşması 62 milyard dolları ötüb. Qeyd edək ki, digər oyun şirkətləri olan “Activision Blizzard”ın bazar dəyəri 50 milyard dollar, “Electronic Arts”ın bazar dəyəri isə 39 milyard dollar təşkil edir.

Sürətli artımın səbəbi “Roblox” səhmlərinin bahalaşması olub: bir sutkada qiymət demək olar ki, üç dəfə artaraq 77 dollara çatıb.

Səhmlərin qiymətinin artması oyunçuların sayının 47 milyon nəfərə çatması, gəlirlərin isə illik müqayisədə 500 milyon dolları ötməsi (+102%) ilə əlaqələndirilir.

“Activision Blizzard” isə şirkət daxilində təqiblərə və iki yeni oyunun – Diablo IV və Overwatch 2-nin buraxılışının təxirə salınmasına görə rəqiblərindən xeyli geridə qalır.

Son xəbərlər
Digər xəbərlər