“Azərbaycanın sığorta bazarının inkişaf potensialı olduqca böyükdür”.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
“Biz elə etməliyik ki, həm əhali, həm də biznes risklərini sığortalasın. Bu həm risklərin idarə olunmasıdır, həm də sığorta haqları uzunmüddətli investisiyalar üçün baza ola, onun hesabına iqtisadi inkişafa dəstək verilə bilər”, – deyə o qeyd edib.