Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Dağıstanda Azərbaycandan idxal edilmiş 17,2 ton təzə tomat partiyasına baxış keçirərkən pepino mozaika virusu aşkar edib.
Bu barədə “Rosselxoznadzor” xəbər verir.
Məlumata görə, məhsulda karantin obyekti olduğu Ümumrusiya Bitki Karantini Mərkəzinin (FSBI “VNIIKR”) laborator rəyi ilə təsdiqlənib.
Qeyd edək ki, Dağıstan Respublikası ərazisində bu karantin obyekti ilk dəfə aşkarlanıb.
Podkarantin məhsulların yoluxmuş partiyası ilə əlaqədar Rusiyanın fitosanitar qanunvericiliyinə uyğun olaraq tədbirlər görülüb. 206 nömrəli “Bitki karantini haqqında” Federal Qanunun pozulmasına görə yük sahibləri inzibati məsuliyyətə cəlb edilib. Rusiya Federasiyasının İnzibati Məcəlləsinin 10.2. Mallar Azərbaycana geri qaytarılıb.