14 C
Baku
Saturday, November 23, 2024

“Yaxın gələcəkdə ilk məcburi köçkün ailələrinin evlərinə qayıtmasının şahidi olacağıq”

“Azərbaycan azad olunmuş ərazilərinin yenidən inteqrasiyası istiqamətində sürətlə irəliləyir”.

Bunu xarici işlər naziri Ceyhun Bayramovun Antalya Diplomatik Forumunun tviter səhifəsində paylaşılan videomüraciətində bildirib.

“Noyabrın 8-də Azərbaycanda Qələbə Gününü qeyd etmişik. Ötən il 44 günlük Vətən müharibəsi nəticəsində biz torpaqlarımızı erməni işğalından azad etdik. Bu qələbə ölkəmin tarixində yeni dövr açdı, beynəlxalq haqq-ədaləti, ev-eşiklərini tərk etmək məcburiyyətində qalmış 1 milyon insanın hüquqlarını bərpa etdi. İndi qarşımızda azad edilmiş əraziləri minalardan təmizləmək və bərpa etməklə bağlı yeni mühüm vəzifələr durur. Azad edilmiş ərazilərin yenidən inteqrasiyası istiqamətində böyük işlər görmüşük. Yaxın gələcəkdə ilk məcburi köçkün ailələrinin öz evlərinə qayıtmasının şahidi olacağıq. Cənubi Qafqazda uzun müddətdir həsrətində olduğumuz sülhün və əmin-amanlığın bərqərar olacağına inanırıq. Azərbaycan regionda sülhü, sabitliyi, rifahı gücləndirmək istiqamətindəki səylərini davam etdirəcək”, – müraciətdə deyilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər