13 C
Baku
Friday, November 22, 2024

Koronavirus “Azərbaycan Dəmir Yolları”nın sərnişindaşımadan olan gəlirlərinə böyük zərbə vurub

Azərbaycanda dəmir nəqliyyatı şirkəti “Azərbaycan Dəmir Yolları” QSC pandemiyadan sonra sərnişindaşımadan gəlirləri kəskin düşüb.

Banker.az bunu şirkətin illik audit hesabatına istinadən xəbər verir.

ADY-nin sərnişindaşımalar üzrə gəliri 2020-ci ildə 4.25 mln. manat təşkil edib.

Bu da pre-pandemiyadakı (2019) gəlirdən 80% azdır.

Azərbaycanın dövlət şirkəti 2019-cu ildə sərnişin daşımadan 21.05 milyon manat həcmində gəlir əldə etmişdi.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ildə ölkə ərazisində sərnişin daşınması 2 milyon 124.6 min nəfər təşkil edib. Bu da illik müqayisədə 45% azalma deməkdir.

 

Son xəbərlər
Digər xəbərlər