“Göyçay Şərab” ASC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Göyçay Şərab” ASC-nin vergi borcu 399 771 manatdır. Bu vergi borcu 24.11.2021-ci il tarixinə olandır.
Qeyd edək ki, “Göyçay Şərab”ASC alkoqollu içkilərin istehsalı və satışı fəaliyyəti ilə məşğuldur. 1985-ci ildə istifadəyə verilmiş, şərab emalı müəssisəsinin bazasında 2005-ci ildə “Göyçay Şərab” ASC yaradılıb. Mövsüm ərzində 15 min tona qədər üzüm qəbul etmək istehsal gücünə malikdir. Müəssisədə istehsal olunan məhsul Rusiyaya ixrac edilir.