1 Mart tarixində Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivlərində ciddi şəkildə artım müşahidə olunub.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, hazırda bankların aktivləri 28 632.5 mln manat təşkil edib ki, bu da cəmi bir ay ərzində 3 794.8 mln manat və yaxud 15% artım deməkdir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bankların aktivləri 7 814 mln manat və yaxud 37% artıb.







