15 C
Baku
Friday, November 8, 2024

SOCAR-ın konsolidə olunmuş borcu 7 milyard dollara yaxındır

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) bu il yanvarın 1-nə konsolidə olunmuş borcu 7 milyard dollara yaxındır. Bu vəsait böyük görünsə də, Dövlət Neft Şirkətinin maliyyə strategiyasına uyğun bir borclanmadır. Çünki bu borclanmaya audit şirkətləri tərəfindən ciddi nəzarət olunur.
Bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov jurnalistlərə müsahibəsində məlumat verib. O bildirib ki, bu vəsaitin 1 milyard dolları 10 illik, 500 milyon dolları isə 5 illik avrobondlardır. Həmçinin, 1 milyard dollar isə “SOCAR Trading” şirkətinin üçüncü tərəflərdən neftin alınması və satışı ilə əlaqədar yaranan qısamüddətli borclanmadır. Eyni zamanda 1 milyard dollar isə SOCAR-ın Türkiyədə reallaşdırılan layihələrindən yaranan borclardır. Təqribən 1 milyard dollar isə “Azəri-Çıraq-Günəşli” yataqlar bloku (AÇG) layihəsində zaman-zaman müəyyən faiz payın alınmasına, “Bakı Gəmiqayırma Zavodu”nun tikintisinə Dövlət Neft Fondundan cəlb etdiyimiz kreditlərdir.

“SOCAR-ın kredit borcları idarə olunur, onların faizləri vaxtlı-vaxtında ödənilir”, – deyə S.Qasımov qeyd edib.

Son xəbərlər
Digər xəbərlər