Amerika-Azərbaycan ticarət palatası (USACC) New-Yorkda ilk Amerika-Azərbaycan maliyyə və bank forumunu keçirəcək. Palatanın verdiyi məlumata görə, forum 26 may tarixində Harvard klubunda baş tutacaq. Foruma əsas dəstəyi “Azərbaycan Beynəlxalq Bankı” və PASHA Bank göstərir.
Tədbir Amerika-Azərbaycan arasında bank və maliyyə münasibətlərinin genişlənməsində mühüm rola sahib olacaq məsələlərə həsr olunub. Forum çərçivəsində məmurlar, bank liderləri, beynəlxalq maliyyə cəmiyyətinin üzvləri regiounun iqtisadi potensialını müzakirə edəcək və qiymətləndirəcək.
Müzakirələr neft qiymətlərinin enməsi fonunda bank sahəsinin gələcəyi, regional dəyişiklik dinamikası və onun kapital bazarı, maliyyə və şəxsi kapital üçün nəticələri mövzuları əhatə edəcək.