13 C
Baku
Sunday, November 9, 2025

Bir ay ərzində 24 734 şəxs borca girib

1 Mart 2015-ci il tarixində Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətindən 310 591 nəfər sorğu göndərib. Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, banklar (28 978) və şəxslər (2080) tərəfindən cəmi sorğuların sayında 28 229 nəfər azalma müşahidə olunub.

Hazırda Azərbaycanda borclananların sayı isə son bir ay ərzində 24 734 nəfər artaraq, 236 696 nəfərə çatıb. Kredit götürənlərdən 10 877 nəfəri hüquqi şəxslər, 2 334 974 nəfəri fiziki şəxslər, 2 111 nəfəri isə sahibkarlıqla məşğul olan şəxslərdir.

Ölkədə zaminlərin sayında isə artım müşahidə olunub. Belə ki, son bir ay ərzində zamin duran şəxslərin sayı 6 019 nəfər azalaraq, 108 962 nəfər olub.

Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin mart ayından etibarən xidmət göstərir.

Son xəbərlər
Digər xəbərlər