14 C
Baku
Friday, November 8, 2024

ABŞ-da müdir öz maaşını işçiləri ilə böləcək

Amerikanın Gravity Payments şirkətinin rəhbəri və yaradıcısı Dan Price işçilərinin əmək haqqısını artırmaq məqsədilə öz illik əmək haqqısını 93%, yəni 1 milyon dollardan 70 min dollara endirmişdir.

Əvvəllər 30 yaşlı rəhbərin əməkdaşları ildə 48 min dollar əmək haqqı əldə edirdilər. Sahibkar bütün əməkdaşların maaşını 70 min dollara qaldırmağı qərara almışdır.

Verilən məlumata görə, Price bütün əməkdaşların əmək haqqısını 70 000 etmək üçün nəinki öz əmək haqqısını azaltmış, həmçinin şirkətin illik gəlirinin bir hissəsindən də istifadə etmişdir. Price 3 il ərzində ixtisar edilmiş həcmdə əmək haqqı alacaq və şirkətin xalis gəlirinin 75-80 faizini 70-ə yaxın əəmkdaşı ilə birgə böləcək.

Price-ın bildirdiyinə görə o, işçilərinin az əmək haqqından şikayət etmələrindən bezmişdi.

Son xəbərlər
Digər xəbərlər