1 Mart tarixində Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi yüksəlib.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, kreditlər üzrə orta faiz dərəcəsi manatla 14,15%, xarici valyuta ilə 13,08% təşkil edib.
Ötən ay ilə müqayisədə kreditlər üzrə orta faiz dərəcəsində 0.44% artım müşahidə olunub. Qeyd edək ki, ötən ay kreditlər üzrə orta faiz dərəcə manatla 13,71% təşkil edirdi.
Həmçinin hüquqi şəxslər üzrə kreditlərin orta faiz dərəcəsi artaraq, manatla 9,78%, xarici valyuta ilə 8,89%, fiziki şəxslər üzrə isə manatla 18,65%, təşkil edib. Fiziki şəxslər üzrə xarici valyutaya verilən kreditlər isə azalaraq 21,75% -ə düşüb.
O cümlədən 1 aya qədər verilən kreditlərin orta faiz dərəcəsi ciddi şəkildə artım müşahidə olunub.
Belə ki, 1 aya qədər verilən kreditlərin orta faiz dərəcəsi 3.58% artaraq, manatla 16,56%, xarici valyuta ilə 14,02%, həmçinin 1 ilə qədər verilən kreditlər üzrə orta faiz dərəcəsi də artaraq, manatla 18,42%, xarici valyuta ilə 10,87% təşkil edib.






