13 C
Baku
Sunday, November 9, 2025

Bank 2 ayda ciddi zərər etdi

1 Mart tarixində DəmirBankın vergilər ödənildikdən sonra xalis mənfəəti hesabat rübü üzrə -5 918.85 min manat təşkil edib.

Banker.az bankın rəsmi səhifəsində yayımlanan məlumata istinadən xəbər verir ki, son bir ay ərzində isə bankın mənfəəti 5 580.68 min manat azalıb.

Bankın mənfəətində azalma müşahidə olunmasına baxmayaraq, aktivlər və öhdəliklərində artım müşahidə olunub. Belə ki, hazırda bankın aktivləri 480 166.30 min manat təşkil edib ki, bu da ötən ay ilə müqayisədə 20% , yəni 79 842.13 min manat artım deməkdir. İlin əvvəli ilə müqayisədə isə bankın aktivləri 59862.31 min manat artıb.

Bankın ötəlikləri isə son bir ay ərzində 24% yəni 85 103.49 min manat artaraq 432 973.86 min manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər