11 C
Baku
Monday, November 25, 2024

“PAŞA Kapital” korporativ istiqrazlar və səhmlərin ticarətində 1-cidir

2021-ci ilin ilk 10 ayı ərzində korporativ istiqrazlar ilə aparılan əməliyyatın həcminə görə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, “PSG Kapital İnvestisiya Şirkəti” QSC və “İnvest-Az İnvestisiya Şirkəti” QSC  öndə olublar.

Banker.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, “PAŞA Kapital İnvestisiya Şirkəti” 378 milyon 350 min manat ticarət həcmilə 1-ci, “PSG Kapital İnvestisiya Şirkəti” 291 milyon 823 min manat ticarət həcmilə 2-ci, “İnvest-Az İnvestisiya Şirkəti” isə 203 milyon 216 min manat ticarət həcmilə 3-cü yeri tutub.

Səhmlər ilə ən çox əməliyyatlar “PAŞA Kapital İnvestisiya Şirkəti” (40 milyon 242 min manatlıq), “İnvest-Az İnvestisiya Şirkəti” (15 milyon 333 min manatlıq ) və “MFX Trading İnvestisiya Şirkəti” (10 milyon 643 min manatlıq) tərəfindən aparılıb.

Repo əməliyyatlarının dövriyyəsinə görə “PAŞA Kapital İnvestisiya Şirkəti” və “Unicapital İnvestisiya Şirkəti”  müvafiq olaraq 1-ci və 2-ci yeri tutublar.

Son xəbərlər
Digər xəbərlər