17 C
Baku
Monday, May 13, 2024

Samir Şərifov: “İpoteka kreditinin məbləğini artıra bilərik”

Azərbaycanda ipoteka kreditləşməsinin həcminin artırılması bu bazarda pul çatışmazlığının aradan qaldırılmasına yönəlmiş addımlardan biridir. Bunu maliyyə naziri Samir Şərifov brifinqdə deyib.

Onun sözlərinə əsasən, Maliyyə Nazirliyi belə addımları dəstəkləyir: “Biz ipoteka kreditinin məbləğini artıra bilərik. Hesab edirəm ki, Azərbaycan Mərkəzi Bankı bazarın fəallaşması üçün əlavə vəsaitlər təqdim edəcək və ehtiyac yaranarsa, hökumət əlavə dövlət təminatı verəcək”.

S.Şərifovun fikrincə, ipoteka kreditləşməsi sahəsində dəyişiklik bazarın likvidliyinin artımından başqa, yerli tikinti materialları istehsalçılarına da dəstək olacaq.

Trend

Son xəbərlər
 ⁠
Digər xəbərlər