1 Mart tarixinə Azərbaycanda dövriyyədə olan geniş pul kütləsi (M3) ötən ay ilə müqayisədə
453.33 mln manat yəni 2% azalaraq, 20 115.17 mln manat təşkil edib.
Banker.az Mərkəzi Bank istinadən xəbər verir ki, M2 aqreqatı (manatla pul kütləsi) 2 629.5 mln manat azalaraq, 13 607.0 mln manat təşkil etsə də, valyuta depozitləri artaraq 6 508.1 dollara çatıb. Banklardan kənarda nağd pullar isə yəni, əhalidəki nağd pullar 1 390.2 mln manat yəni 15% azalaraq, 7 957.73 mln manat təşkil edib.
Qeyd edək ki, pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. Azərbaycan praktikasında pul kütləsinin 3 növü fərqləndirilir: a) dar mənada pul kütləsi (M1), b) manatla geniş mənada pul kütləsi (M2), c) geniş mənada pul kütləsi (M3).