Kenton adlı gənc ayaqqabı ustası ayaqla birlikdə növbəti 5 il ərzində “böyüməyi” bacaran ayaqqabı yaratmaqla məşğuldur. Kenton bu ixtirası ilə varlanmaq niyyətində deyil. Lakin o az da olsa gəlir əldə etmək üçün ayaqqabı satmağa məcburdur.
Kentonun hazırki yeniliyi və əsas məqsədi tamamilə xeyirxah amillərə əsaslanır. Belə ki, o yoxsul ölkələrdə daim yeni ayaqqabı almağa imkanı çatmayan insanlar üçün ayaqla birlikdə böyüyən ayaqqabı yaratmışdır. Ayaqqabını 5 il ərzində geyinmək mümkündür. Kenton bunu Keniyada uşaqların həddindən artıq kiçik ölçüdə ayaqqabı geydiklərini gördükdən sonra etmişdir. Qeyd edək ki, bu ayaqqabılar onlara pulsuz olaraq paylanmışdır.
Bunun üçün ayaqqabını ayağa uyğun olaraq tənzimləmək kifayətdir.










