ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında onlayn görüş dekabrın 7-də keçiriləcək.
Bu barədə “Kommersant” məlumat yayıb.
Bir müddət əvvəl bildirilmişdi ki, dövlət başçılarının iki sammiti keçiriləcək. Onlardan biri 2021-ci ilin sonunda onlayn formatda, digəri isə 2022-ci ildə üz-üzə baş tutacaq.
Danışıqlarda əsasən, Avropa və Ukraynadakı vəziyyətin müzakirə ediləcəyi ehtimal olunur.