Amerikalı qadınlara kredit kartına sahib olmaq hüququ yalnızca 1974-cü ildə verilmişdir. Həmin il ABŞ-da Equal Credit Opportunity Act – Kreditləşmə bərabərliyi haqqında qanun qəbul edilir. Bunun sayəsində amerikalı qadınlar sərbəst şəkildə kredit kartına sahib olmaq və bank kreditləri əldə etmək hüququ qazanır.
1974-cü ilə qədər isə kredit kartlarında yalnızca kişi cinsinə məxsus şəxsin imzası ola bilərdi. Bu səbəbdən də qadın subay və yaxud boşanmış olduqda ona nə kredit kartı, nə də bank krediti verilmirdi.
Qanun qəbul edildikdən 30 il sonra isə qadınlar ümumi kreditləşmə sayına görə kişilərə çata bildilər.







