“Dayanıqlı inkişaf prioritetlərimizə uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsi və şəffaflığın artırılması istiqamətində səylərimizi davam etdiririk”.
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Yenilənmiş proqnozlara görə, bu il Azərbaycanda qeyri-neft məhsullarının ixrac dəyəri rekord həddə çataraq 2,6 milyard ABŞ dollarını keçəcək”, – deyə o qeyd edib.