9 C
Baku
Thursday, December 12, 2024

Dünya sərvətinin milyarderlərin əlindəki payı rekord həddə çatıb

Dünyadakı bərabərsizliyi araşdıran Fransanın “World Inequality Lab” tədqiqat təşkilatı pandemiyanın sərvət bərabərsizliyini əhəmiyyətli dərəcədə artırdığını deyən “World Inequality Report 2022” hesabatını dərc edib.

Qeyd olunur ki, təxminən 2750 milyarder bütün dünya sərvətinin 3.5%-nə nəzarət edir, halbuki 1995-ci ildə bu pay cəmi 1% olub.

Banker.az xəbər verir ki, araşdırmaya görə, pandemiya dövründə qlobal sərvət bərabərsizliyi rekord sürətlə artıb. Tədqiqatçıların fikrincə, bəşəriyyətin ən yoxsul təbəqəsinin ümumi sərvəti dünyanın ən zəngin insanlarının sərvətinin 2%-nə bərabərdir.

Gəlir bərabərsizliyi ən çox Yaxın Şərq və Şimali Afrikada müşahidə olunur, burada əhalinin ən zəngin 10%-i regionun ümumi gəlirinin demək olar ki, 60%-nə sahibdir. Sonrakı yerlərdə Saxara səhrasının cənubundakı Afrika (57%), Latın Amerikası (55%) və Cənubi və Cənub-Şərqi Asiya (53%) dayanır.

Rusiya və Mərkəzi Asiya ölkələrində vətəndaşların ən zəngin 10%-i ümumi gəlirin 48%-nə, Şimali Amerikada isə 45%-nə sahibdir. Əmlak bərabərsizliyi ən az Avropada özünü göstərir – əhalinin ən varlı 10%-i ümumi gəlirin 36%-nə sahibdir.

Son xəbərlər
Digər xəbərlər