14 C
Baku
Saturday, November 23, 2024

Siyirtmə mexanizmli kameraya malik ilk smartfon təqdim olunub – Video

Çinin smartfon istehsalçısı “Oppo” “Twitter”də siyirtmə mexanizmli kameraya malik olan cihaz təqdim edib. Qeyd edək ki, “Xiaomi”, “Redmi”, “OnePlus” və digər şirkətlər bu növ smartfonları istehsal etməyə çalışsalar da, populyarlaşa bilməyiblər.

“Oppo” siyirtmə mexanizminin yalnız özünə məxsus olduğunu iddia edir. Versiyalardan birinə görə, istifadəçi uyğun çəkiliş rejimini seçdikdə, məsələn, optik yaxınlaşdırma, smartfonun içindən kamera çıxır. Digər versiyaya əsasən, kamera avtomatik olaraq işə salındıqda görünür.

Şirkət yeni smartfon modelinin həm də su və tozdan qorunacağını bildirir. Cihazın rəsmi təqdimatı 14 dekabr 2021-ci il tarixində keçiriləcək “Inno World 2021” tədbirində baş tutacaq.

Son xəbərlər
Digər xəbərlər