2015-ci ilin aprel ayının 1-nə TuranBankın aktivləri 2014-cü ilin analoji dövrü ilə müqayisədə 22%, ötən ilin sonu ilə müqayisədə isə 8% artaraq 345,3 mln. manat təşkil etmişdir.
Banker.az məlumat verir ki, hesabat tarixinə Bankın kredit portfeli 2014-cü ilin analoji dövrü ilə müqayisədə 43%, ötən ilin sonu ilə müqayisədə isə 16% artaraq 256 mln. manata çatmışdır.
2015-ci ilin aprel ayının 1-nə Bankın müştəri hesabları və depozit portfeli ötən ilin müvafiq dövrünə nisbətən 11% artaraq 161,3 mln. manat təşkil etmişdir. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri 2014-cü ilin analoji dövrü ilə müqayisədə 29,9%, ötən ilin sonu ilə müqayisədə isə 14,2% artaraq 82,7 mln. manat olmuşdur.
1 aprel 2015-ci il tarixinə Bankın nizamnamə kapitalı ötən ilin müvafiq dövrünə nisbətən 7% artaraq 47 mln. manat təşkil etmişdir. Hesabat dövründə Bankın məcmu kapitalı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1% artaraq 53 mln. manat olmuşdur ki, bu da Mərkəzi Bankın bankların kapitalına dair müvafiq tələbindən artıqdır.
2015-ci ilin yanvar-mart aylarının fəaliyyət nəticələrinə əsasən Bankın gəlirləri 6,2 mln. manat, xərcləri isə 8,2 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində Bankın zərəri 2 mln. manat olmuşdur.