12 C
Baku
Monday, November 25, 2024

Azərbaycanda iqtisadi artım hökumətin proqnozlarını bir qədər də üstələyir

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 80 milyard 688.2 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən Banker.az-a bildirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5.3 faiz çoxdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2.7 faiz, qeyri neft-qaz sektorunda isə 6.4 faiz artıb.

Azərbaycan İqtisadiyyat Nazirliyinin son proqnozuna görə, neftin bir barelinin ortaillik qiyməti 50 ABŞ dolları götürülməklə hazırlanmış makroiqtisadi proqnoz göstəricilərinə əsasən, cari ildə Azərbaycan ÜDM-i 5.1% artacağı gözlənilirdi.

2021-ci ilin yanvar-noyabr aylarında ÜDM istehsalının 41.6 faizi sənaye, 10.1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7.0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6.4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4.9 faizi tikinti, 1.8 faizi informasiya və rabitə, 1.2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18.2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8.8 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 8 055.3 manata bərabər olmuşdur.

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapan göstəricidə sözügedən şərtlər özünü doğrultduğu halda qeyr-neft ÜDM-i 6% artağı proqnoz edilirdi.

2022-ci il üçün isə ÜDM-in real artımının 3.9% olacağı proqnozlaşdırılır və ilin sonuna 86.6 mlrd. manata çatacağı güman edilir. Qeyr-neft ÜDM-i isə 4.9% artacağı gözlənilir.

 

Son xəbərlər
Digər xəbərlər