Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı ölkələrində koronavirusa qarşı peyvəndləmə kampaniyasını dəstəkləmək üçün 35 milyon avro ayırıb.
Bu barədə Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə ali komisarı Oliver Varhelyi tvitter hesabında bildirib.
“Bu gün (dünən-red) Polşa xarici işlər naziri Rau Zbiqnev və Polşa Dövlət Bankın rəhbəri Beata Dasinska- Musiçka ilə birgə Şərq Tərəfdaşlığı ölkələrinə COVID-19 peyvənd dərmanlarını tədarük etməkdə Aİ üzv dövlətlərini dəstəkləmək üçün 35 milyon avro məbləğində innovativ tənzimləmənin işə salındığı üçün şadam. Bu, həyatları qorumağa, dirçəlişi sürətləındirməyə yardım fəaliyyətlərində Avropa İttifaqının həmrəyliyidir”, – Aİ rəsmisi bildirib.