15 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanın böyük özəl gəmiçisi yeni şirkət yaradıb

Azərbaycanın böyük özəl gəmiçilik şirkəti olan “Caspian Marine Services Limited” və “Caspian Marine Service B.V.” (CMS) şirkətlərinə yaxın yeni şirkət təsis edilib.

Banker.az xəbər verir ki, yeni yaradılan şirkət “CMS İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirkət 1 000 manat nizamnamə kapitalı ilə Bakı şəhəri Səbail rayonu, Salyan şossesi ev.6H hüquqi ünvanında dövlət qeydiyyatına alınıb.

“CMS İnvest”in qanuni təmsilçisi isə Eyvaz Eyvazov David oğludur. O, həmçinin CMS-nin digər böyük şirkəti – 155 625 000 manat nizamnamə kapitalı olan “CMS Properties” MMC-nin direktorudur.

“Caspian Marine Services Limited” Azərbaycananda 2010-cu ildən, “Caspian Marine Service B.V.” (B.V. – holland dilində besloten vennootschap) isə 2018-ci ildən filial kimi fəaliyyət göstərilirlər. Hər iki şirkətin Azərbaycandakı filialının baş direktoru Zamiq İsmayılov Ömər oğludur (əvvəllər ASCO-nun sədr müavini idi).

Xəzər dənizində neft-qaz hasilatı ilə bağlı əməliyyatların təmin edilməsi və neft-qaz platformalarına işçilərin daşınması üçün dəniz nəqliyyatı xidmətləri göstərir.

Xəzər regionunda fəaliyyətə 2006-cı ildə başlamışdır. Əsas fəaliyyəti, müasir texnologiyalardan və qabaqcıl idarəetmə sistemlərindən istifadə etməklə, Xəzərin Azərbaycan və digər sektorlarında çalışan şirkətlərə dəniz nəqliyyatı xidmətlərinin göstərilməsindən ibarətdir. Fəaliyyət göstərdiyi sənaye sahəsində davamlı inkişaf məqsədi ilə şirkət digər şirkətlərlə əməkdaşlıq edir və bütün hüquqi tələblərə uyğun və mümkün qədər əsaslandırılmış şəkildə təşkil edir.

Son xəbərlər
Digər xəbərlər