İndiyədək Rusiya iqtisadiyyatına yatırılmış Azərbaycan investisiyalarının həcmi 1,2 mlrd. ABŞ dollarını ötüb.
Bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ADA Universitetində keçirilən “İnteqrasiya prosesləri kontekstində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri” adlı konfransda deyib.
Onun sözlərinə görə, Rusiya isə ölkə iqtisadiyyatına 6 mlrd. dollardan çox investisiya yatırıb və hazırda Azərbaycanda Rusiya kapital ilə 1 110-a yaxın müəssisə qeydiyyata alınıb.