5 C
Baku
Saturday, December 14, 2024

Daha bir bankın aktivləri artdı

2015-ci ilin birinci rübündə Unibankın aktivləri artıb.

Banker.az Bankın rəsmi səhifəsində dərc olunan rəqəmlərə istinadən xəbər verir ki, hazırda bankın aktivləri 961 196 685 manatdır. Rüb ərzində isə bankın aktivlərində 117 177 276 manat yəni, 14% artıb müşahidə edilib.

Həmçinin bankın öhdəlikləri 16% artaraq 825 117 069 manata, cəmi kapitalı isə 136 079 615 manata çatıb.

Hazırda Bankın kredit portfeli isə 783 399 000 manat, vaxtı keçmiş kreditləri 52 795 manat təşkil edir.

İlin əvvəlindən Bankın xalis mənfəəti isə 4 242 381 manat olub.

Son xəbərlər
Digər xəbərlər