Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 291; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 noyabr tarixli 2995 nömrəli Sərəncamı) aşağıdakı dəyişikliklər edilir: 1.1. 1.1-ci bəndin ikinci abzasında “300” rəqəmləri “360” rəqəmləri ilə, üçüncü abzasında “180” rəqəmləri “216” rəqəmləri ilə əvəz edilsin;
1.2. 1.2-ci bəndin ikinci abzasında “170” rəqəmləri “204” rəqəmləri ilə, dördüncü abzasında “145” rəqəmləri “174” rəqəmləri ilə, beşinci abzasında “120” rəqəmləri “144” rəqəmləri ilə, altıncı abzasında “80” rəqəmləri “96” rəqəmləri ilə, səkkizinci abzasında “130” rəqəmləri “156” rəqəmləri ilə, doqquzuncu abzasında “110” rəqəmləri “132” rəqəmləri ilə, onuncu abzasında “75” rəqəmləri “90” rəqəmləri ilə əvəz edilsin;
1.3. 1.3-cü bəndin ikinci abzasında “75” rəqəmləri “90” rəqəmləri ilə, üçüncü abzasında “60” rəqəmləri “72” rəqəmləri ilə, dördüncü abzasında “50” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilsin;
1.4. 1.4-cü bəndin ikinci abzasında “75” rəqəmləri “90” rəqəmləri ilə, üçüncü abzasında “60” rəqəmləri “72” rəqəmləri ilə, dördüncü abzasında “50” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilsin.
Bu Fərmandan irəli gələn məsələləri həlli Nazirlər Kabinetinə tapşırılıb.
Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.