12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan banklarında əmanət yerləşdirmək artıq sərfəli deyil – Mərkəzi Bankın rəqəmləri…

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 2021-ci ilin faiz dəhlizinə dair son iclasında açıqlamasında bildirdi ki, ölkədə illik inflyasiya artıq ikirəqəmlidir və inflyasiya proqnozları yenilənib. İllik inflyasiyanın hətta 12%-ə qədər artacağı proqnozlaşdırılır.

Requlyatora əsasən, cari ildə yenilənmiş proqnozlara görə cari ildə orta illik inflyasiya 6.3-6.6%, illik inflyasiya isə 11.4-11.9% səviyyəsində gözlənilir.

İnflyasiya – ölkənin pul-kredit və maliyyə sisteminin (ödəməmə, dövlətin qeyri-məhsuldar xərcləri, kredit vermənin, vergi qoymanın və s. qeyri-səmərəli sistemi) funksiyalarının pozulması, struktur disproporsiyaları, ayrı-ayrı malların və xidmətlərin qiymət nisbətlərinin pozulması, həmçinin digər amillərin pozulması ilə əlaqədar olaraq, iqtisadiyyatda əmtəə və xidmətlərin qiymətlərinin artımı ilə müşahidə edilən, kağız pulların və nağdsız pul vəsaitlərinin qiymətdən düşməsidir.

Banker.az-ın dekabr ayı üzrə araşdırmasına görə, yerli banklardan illik depozit faizləri milli valyuta üçün maksimum olaraq beş bankda 11% olaraq müəyyən edilib.

Ölkənin əksər böyük banklarının fiziki şəxslərə təklif etdikləri depozitlər üçün olan gəlirlər 4-9% arasında dəyişməkdədir. Həmin böyük depozitlərin əksər hissəsi də məhz bu banklarda yerləşib. Azərbaycan Mərkəzi Bankı isə bu inflyasiyanı cilovlamaq üçün son aylarda faiz artımına gedərək sentybra 0.25 baza bəndi artıraraq 6.5%-ə qaldırdı, oktyabrın sonu 7%-ə, sonuncu iclasda – cümə günü 7.25%-ə qədər yüksəltdi. Bu yüksəlmələrə baxmayaraq, bankların fiziki şəxslər üçün təklif etdiyi depozitlərin son bir ildə illik faizləri nəinki artıb, hətta enib.

Bu da o deməkdir ki, banklarda əhalinin yerləşdirdiyi depozitlər nəinki gəlir gətirir, hətta öncəki ilə nisbətdə dəyər itirirlər.

Əmanətçilər bankları bir çox hallarda təhlükəsizlik və gəlirlilik baxımından seçirlər. Məsələn, bir şəxs banka 100 000 manatlıq 11% illik gəlirli depozit yerləşdiribsə, ilin sonuna o, 11 000 manatlıq gəlir əldə edə bilir.

Nominal faiz bazarda formalaşan və ya banklar tərəfindən müəyyən olunan faizdir. Real faiz nominal faizlə illik inflyasiya faizi fərqinə barəbərdir.

Mərkəzi Bankın yenilənmiş rəsmi rəqəmləri bunu deməyə əsas verir ki, əmanətlərin real ifadədə dəyəri öncəki ildən minimal olaraq 11.4% ucuz olur, pulun alıcılıq qabiliyyəti aşağı düşür.

ƏHALİ BANKLARA PUL YERLƏŞDİRMƏKDƏ MARAQLIDIR

Bunlara rəğmən, əhali və şirkətlər noyabrda manatla depozitləri əvvəlki aya nəzərən 3.5%, ilin əvvəlinə nəzərən 2.8 mlrd. manat, yaxud 29% artırıb. Bu barədə Mərkəzi Bankın son açıqlmasında qeyd edilir.

2021-ci ilin 1 noyabr tarixinə isə fiziki şəxslərin depozitlərinin həcmi 8 milyard 887.4 milyon manat olub. Fiziki şəxslərin xarici valyutaya nisbətən gəlirlilik təklif etdiyi milli valyutadakı depozitləri isə ilin əvvəlindən bu günə qədər 25%-dən çox artıb. Xarici valyutada isə 3 milyard 844 milyon manat ekvivalentində olub, bu da ilin əvvəlindən 7.4% artım deməkdir.

Lakin, AMB son iclasda bunu da bildirib ki, kreditlər üzrə faizlər əhəmiyyətli dərəcədə dəyişməyib, depozitlər üzrə faizlərin müəyyən qədər artması isə yığımı dəstəkləyib.

Son xəbərlər
Digər xəbərlər