10 C
Baku
Monday, November 25, 2024

ÜST pandemiyanın 2022-ci ildə başa çatmasının şərtini açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Gebreyesus pandemiyanın gələn il bitə biləcəyini etiraf edib.

Banker.az xəbər verir ki, onun sözlərinə görə, bunun üçün ilin ortalarına qədər bütün ölkələrin əhalinin 70%-ni peyvənd etmələri tələb olunur.

“Əgər pandemiyanın gələn il bitməsini istəyiriksə, vaksinasiya bərabərsizliyinə son qoymalı və hər ölkə əhalisinin 70%-ni peyvənd etməliyik”, – deyə Gebreyesus söyləyib.

Bundan əlavə, rəhbər “omikron” ştamının “delta” ştamından daha sürətli yayılmasına dair güclü dəlillərin olduğunu qeyd edib. Onun fikrincə, yüksək ehtimalla peyvənd olunmuş və sağalmış şəxslər də koronavirusa yoluxa bilərlər.

“Virusun yayılmasını minimuma endirə bilsək, pandemiyaya son qoya bilərik”, -deyə ÜST rəhbəri qeyd edib. O əlavə edib ki, Çin pandemiya ilə mübarizə aparmaq və gələcəkdə oxşar vəziyyətlərə hazırlaşmaq üçün virusun mənşəyi haqqında daha çox məlumat verməlidir.

Son xəbərlər
Digər xəbərlər